Yaxın vaxtlarda Şimali Osetiya, Kalmıkiya, Altay, Murmansk, Novosibirsk, Vladimirsk, Sankt-Peterburq, Omsk, İvanovsk əyalətlərinin, eləcə də Primorsk və Altay bölgəsinin rəhbərləri də istefaya göndəriləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rusiyalı politoloqlar istefaların əsas səbəblərini açıqlayıblar.
Məlumatlara görə, Moskva rəhbərliyi qubernatorları iş prinsiplərinə görə 10 kriteriya üzrə qiymətləndirir:
“Qubernatorların yanvar-avqust ayları ərzində yığılan ballar, mükafat və cərimələr əsasında postunda qalıb-qalmayacağı müəyyənləşir. Rübün sonunda qubernatorlar 3 qrupa ayrılır: istefaya göndərilməyənlər, göndərilə bilənlər və istefaya göndərilmə riski yüksək olanlardır.
Riskli qrupa daxil olanlar: Kalmikiya rəhbəri Aleksey Orlov (4 bal), Novosibirsk valisi Vladimir Qorodetski (5 bal), Murmansk qubernatoru Marina Kovtun, Altay rəhbəri Aleksandr Karlin və Omsk valisi Viktor Nazarov (sonuncu 3 şəxsin hər birinin 6 balı var), Primorsk rəhbəri Vladimir Mikluşevski (7 bal), Vladimirovsk valisi Svetlana Orlov, İvanovsk qubernatoru Pavel Konkov, Şimali Osetiya rəhbəri Vyaçeslav Bitarov və Sankt-Peterburq valisi Georgi Poltavçenko (sonuncu 4 şəxsin hər birinin 8 balı var)”.
Qeyd edək ki, buna qədər Samara, Nijeqorod, Krasnoyarsk, Dağıstan və Nenetsk qubernatorları istefa verib.