ABŞ səhiyyə naziri Tom Prays istefa verib.
Teleqraf.com xəbər verir ki, prezident Donald Tramp onun istefasını qəbul edib.
T.Prays çarter uçuşlarında büdcə vasitələrindən istifadədə ittiham olunurdu. Nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib. Rəsmi olaraq nazir səfərlərini adi sərnişin reysləri ilə həyata keçirməli imiş. Nazir ittihamları qəbul edib və zərəri ödəməyə hazır olduğunu bildirib.