Cumhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbərlərinin şəxsi həyatları ilə bağlı görüntülərin internetdə yayılması ilə bağlı Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin də aralarında olduğu 171 nəfər haqqında hazırlanan iddianamə CHP-ni silkələyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2010-cu ildə yayımlanan görüntülərin FETÖ tərəfindən hazırlandığı və Dəniz Baykalın hədəfə alındığı təsdiqlənib.
Məlumatlarda CHP-nin hazırki lideri Kamal Kılıçdaroğlunun bu hadisədən istifadə edərək, Dəniz Baykalı istefaya göndərdiyi bildirilib. İddianamə Türkiyədə müxalif cəbhədə dayanan insanların hiddətinə səbəb olub.
Qeyd edilir ki, yaxın günlərdə türkiyəli müxaliflər Kamal Kılıçdaroğlunun istefasını tələb edəcəklər.