Puerto-Rikoda Mariya qasırğası səbəbindən evsiz-eşiksiz qalan minlərlə insan “Tramp Tover” otelinin qarşısında etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etiraza səbəb vəd edilən yardımların gecikdirilməsidir.
Etirazçılar “3,5 milyon amerikalı ac-susuzdur”, “Puerto-Roikonun beynəlxalq yardım almasına icazə verin” və “Puerto-Riko azaddır, koloniya deyil” şüarları yazılmış plakatlar qaldırıblar.
ABŞ Prezidenti Donald Trampın bölgəyə diqqət ayırmadığını bildirən nümayiş iştirakçıları göz yaşlarına boğulublar.