Dünyanın ən böyük saat qülləsi olan Biq-Benin təmir qiyməti açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, London hökumətinin bildirdiyinə görə, saat və onun yerləşdiyi binanın təmirinə 61 milyon funt (81,7 milyon dollar) tələb olunur.
Ancaq təmirdən əvvəl işlərin 29-45 milyon funta başa gələcəyi açıqlanmışdı. Məbləğin bu qədər böyüməsinə işlərin çətinləşməsi səbəb olub.
Təmir 2021-ci ildə başa çatacaq.