İspaniyanın bütövlüyünə tərəfdar olan kataloniyalılar Barselonada aksiya keçirib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, onlar Kataloniyanın müstəqilliyinə dair oktyabrın 1-nə təyin edilən referenduma qarşı çıxıblar.
Barselonanın tarixi San Jaume meydanında toplaşan və sayları o qdərə də çox olamayan etirazçılar aksiyaya İspaniya, Kastaloniya və Avropa Birliyinin bayraqları ilə çıxıblar. "Yaşasın İspaniya" şüarı səsləndirən nümayişçilər aksiyaya turistlərin diqqətini cəlb edə biliblər.