26 İyul 2014 13:00
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişinləri aparan avtobus dərəyə yuvarlanıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 54 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti olduqca ağır qiymətləndirilir.

Türkiyə vətəndaşları olan bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.


Müəllif: