11 Oktyabr 2017 23:58
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım 2017-ci ilin büdcəsindən tikinti işlərinə ayrılan xərcləmələrlə bağlı çıxışında üzünü hesabatı hazırlayan İnkişaf naziri Lütfi Elvana tutaraq "Hesabları Lütfi hazırlayıb, Əgər səhv hazırlamısansa Lütfi, canını alaram" deyə bildirib.

Teleqraf.com xəbər verir ki, B.Yıldırım tikinti layihələrinə xərclənən vəsaitlərin itkiyə getmədiyini, əksinə layihələrdən dövlət büdcəsinə xeyir gəldiyini deyib.

B.Yıldırım qeyd edib ki, ötən müddət ərzində tikinti layihələrinə 48 milyard TL investisiya yatırıb və bundan 71 milyard TL qazanc əldə edib. Müddət başa çatır. Hava limanı da mənim, körpü də, xəstəxana da. Bilən də danışır, bilməyən də. Bu məmləkət belədir. Hər kəs ekspertdir. 70 milyard alırıq, 10 milyard da vergimiz var. 70-dən 10 çıxırıq. 60 milyard cibimizdə. Allah min bərəkət versin.
Hesabları Lütfi Elvan hazırlayıb. Əgər səhv etmisənsə sanını alaram".


Müəllif: Teleqraf.com