12 Oktyabr 2017 09:58
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Hit şəhərində terror aktı törədilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərdəki kafelərdən birində baş verib.

Terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Olayla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Müəllif: Samir