12 Oktyabr 2017 12:33
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə bütöv bir diviziya yerləşdirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarusun birgə təşkil etdiyi “Qərb-2017” təlimləri Avropa ölkələri tərəfindən narahatlıqla qarşılanıb:

“Onlar fikrincə, guya Rusiya əsas texnikalarını Belarusda saxlayıb və istənilən vaxt Avropaya zərbələr endirəcək. Rus fobiyası NATO və Avropa Birliyini, əsasən də Polşanı qorxuya salıb. Bunun üçün Polşa ABŞ-a müraciət edib və Vaşinqton Rusiya ilə sərhədə iki diviziya yerləşdirmək qərarına gəlib”.


Müəllif: Samir