12 Oktyabr 2017 21:47
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin “Həmas” və “Fəth” təşkilatları arasında tarixi razılaşma əldə edilib.

Təşkilatlar Fələstin Milli Birlik Hökumətinin Qəzzada ən gec 2017-ci il 1 dekabr tarixinə qədər fəaliyyətə başlaması mövzusunda razılaşıb.

Danışıqlar Misirin paytaxtı Qahirədə keçirilib. Razılaşmanın Fələstində siyasi təşkilatlar arasında parçalanmanı aradan qaldıracağı bildirilir.

Misir hökuməti tərəfləri 2017-ci il noyabrın 17-də Qahirədə yenidən görüşə dəvət edib.

/Publika.az/


Müəllif: Teleqraf.com