ABŞ-ın Şimali Kaliforniya ştatının Teliyzabet şəhərində yerləşən iki həbsxanada üsyan baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məhbuslar həbsxanalara od vurub.
Mühafizəçilərlə məhbuslar arasında baş verən insident zamanı 2 həbsxana işçisi ölüb, 10-dan çoxu yaralanıb.
Hadisə yerinə çox sayda polis və yanğınsöndürənlər briqadası cəlb edilib. Məhbusların qaçışının qarşısı alınıb.