13 Oktyabr 2017 12:07
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham olunaraq saxlanılan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Mətin Topuz ilə bağlı yeni fakt üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Topuz 2013-cü il noyabrın 5-də İstanbul Maliyyə şöhbəsinin sabiq müdiri, FETÖ-çü Yaqib Sayqılı ilə görüşüb.

61 dəqiqə davam edən görüşdə Topuz 3 dostu ilə iştirak edib. Digər 3 şəxsin kimliyi araşdırılır.

Görüşü təsdiq edən görüntülər “Sabah” qəzetində yayılıb.

Qeyd edək ki, Topuzun həbsi ABŞ və Türkiyə arasında gərginliyə səbəb olub.


Müəllif: Samir