13 Oktyabr 2017 15:53
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mardin məhkəməsi “Silahlı terror təşkilatına üzv olma” maddəsi ilə ittiham olunan ABŞ-ın Adana konsulluğunun əməkdaşı Həmzə Ulucayla bağlı qərar çıxarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, ittiham üzrə yaranmış sualları aradan qaldırmaq üçün dekabrın 27-dək istintaqa vaxt verilib.

Bu müddətdə Ulucay həbsxanada qalacaq. Məhkəmə prosesi dekabrın 27-də davam edəcək.

Qeyd edək ki, prokuror Həmzə Ulucaya 15 il həbs cəzası istəyib.


Müəllif: Samir