27 İyul 2014 10:31
697

İran Parlamentinin spikeri Əli Laricani ölkəsinin nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planı tərtib edilməsi ideyasını irəli sürüb. Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

M.Həqiqətpur deyib ki, parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləriin spiker Əli Laricani ilə olan görüşündə , o İranın nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planının tərtib edilməsi və onun parlamentdə təsdiq olunmasını təklif edib.

M.Həqiqətpurun sözlərinə görə, bu haqda ilkin danışıqlar aparılıb. "Mövcud qanunların dəyərləndirilməsini aparacaq və nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planını tərtib edəcəyik", - deyə Həqiqətpur bildirib.

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətləri ilə bağlı işə götürmə, ekologiya və təhlükəsizlik sahələrində bir sıra yeni qanunların təsdiq olunmasına ehtiyac duyulur.


Müəllif: