27 İyul 2014 20:59
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziya Ukraynanın şərqində sərnişin təyyarəsinin düşdüyü yerdə araşdırma aparmaq üçün separatçılarla razılığa gəlib.

Malayziyanın baş naziri Najib Razak razılaşmanın bü gün qüvvəyə mindiyini bildirib.

Qərb jurnalistlərinin məlumatına görə, artıq bir qrup holland polisi zirehli avtomobillərlə müəyyən edilmiş əraziyə yola düşüblər. Niderlandın ədliyyə nazirinin dediyinə görə, ATƏT və rusiyameyilli separatçılarla əldə olunan razılığa əsasən hadisə yerinə 12 nəfərlik polis briqadası göndərə biliblər./anspress/


Müəllif: