"Bura Hollandiya parlamentidir. Burada hollandiyalı olmalısan. Mən parlamentdə türk, mərakeşli və ya isveçli olmasını istəmirəm. Mənim bunu deməyə haqqım yoxdurmu"?
Teleqraf.com xəbər verir ki, bunu Hollandiyanın ifrat sağçı siyasi təşkilatı olan Azadlıq Partiyasının lideri Girt Vilders parlamentdəki çıxışında bildirib.
O, qeyd edib ki, ikili vətəndaşlığı olanların Hollandiya parlamentində təmsilçiliyi yolverilməzidr: "Hollandiya deputatı yalnız bu ölkənin qarşısında məsuliyyət daşımalıdır, başqa bir ölkənin yox".
Deputatın bu açıqlaması böyük narazılıq doğurub.
Türklərin Denk Partiyasının lideri Tunahan Kuzu bildirib ki, kimin hollandiyalı olub-olmadığını Vilders deyil, ölkənin konstitusiyası müəyyən edir: "İnsanın ölkəyə sədaqəti onun üzərində neçə pasport gəzdirməsilə yox, əməlilə ölçülür.