ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama hazırkı ölkə başçısı Donald Trampın tvitterdəki fəallığını nəzərdə tutaraq ona bəzi məsləhətlər ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, M.Obama Çikaqoda Obama Fondunun toplantısında ad çəkmədən tvitterdəki paylaşımlarla bağlı təqnidlərini bildirib.
"Hər kəs hər düşündüyünü tvitterdə paylaşmamalıdır. Bunu konkret bir insan üçün demirəm. Bu, hər birimizə aiddir. Çünkü hər kəs bunu edir", deyə o, bildirib.
Qeyd edək ki, Donald Tramp aprel ayında "Financal Times" açıqlamasında tvitterdəki fəallığı barədə verilən sualı belə cavablandırmışdı: "O tvitləri yazmasaydım, indi burada oturmazdım".