Rusiya Prezidenti Vladimir Putin istefaya göndərdiyi 10 vilayətin qubernatoru ilə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Kremlin sözçüsü Dmitri Peskov verib.
Görüşdə Dağıstan rəhbəri Ramazan Abdulatipov, qubernatorlar Vladimir Qorodetski (Novosibirsk), Pavel Konkov (İvanovsk), İqor Koşin (Nenetsk), Nikolay Merkuşkin (Samara), Vladimir Mikluşevski (Primorsk), Viktor Nazarov (Omsk), Vadim Potomski (Orlovsk), Viktor Tolokonsk (Krasnoyarsk) və Valeri Şantsev (Nijeqorod) iştirak edəcək.