2 Noyabr 2017 20:14
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin tanınmış hüquqşünası Nabih əl-Vəhşin xanımlarla bağlı son açıqlaması ölkədə ciddi narazılıq doğurub.

Teleqraf.com xəbər verir ki, Misirdə televiziya proqramına qatılan Nabih əl-Vəhş qadınlara qarşı zorakılığı müdafiə edib:

“Açıq, qıcıq yaradan geyimdə olan qızlara zor tətbiq etmək milli vəzifədir. Küçədə bədəninin yarısı açıq olan bir xanım gördükdə özünüzü xoşbəxt hiss edirsiniz? Mən deyirəm ki, bir qızı bu şəkildə küçədə gördükdə ona qarşı zorakılıq tətbiq etmək hər kəsin vətəndaşlıq borcudur”.

Hüquqşünasın bu açıqlamasından sonra Misirdə qadınlar etiraza qalxıblar. Misir Qadınlar Şurası həm televiziya kanalını, həm də vəkili məhkəməyə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər