4 Noyabr 2017 15:52
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın baş naziri Səəd Əl Həriri həyatına ciddi təhlükə olduğunu əsas gətirərək istefa verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir televiziyaya açıqlamasında hazırkı durumun mərhum atasına qarşı edilmiş sui-qəsd dövrünün ab-havasına bənzədiyini deyib.

Səəd Əl Həririnin ölkənin baş naziri olmuş atası Rafiq Əl Həriri istefadan 1 il sonra, 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Livan baş naziri istefa nitqində İranı və Hizbullahı günahlandırıb.


Müəllif: Mahir

Oxşar xəbərlər