08:05
Səudiyyə Ərəbistanında məmurları daşıyan vertolyot qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə krallığın Abhi rayonu ərazisində baş verib. Vertolyotdakı şəxslərin hamısının öldüyü bildirilir. Ölənlər arasında şahzadə Mansur bin Mukrinin də olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
***
Səudiyyə Ərəbistanının şahzadəsi Mansur bin Mukrinin və 8 yüksək vəzifəli məmurun olduğu vertolyotun qəzaya uğraması ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Aparılan axtarış işləri nəticəsində vertolyotun qalıqları tapılıb.
Bundan başqa, ilkin ehtimal kimi vertolyotun Yəməndəki husilər tərəfindən vurulduğu irəli sürülüb.
Bu arada, şahzadənin vertolyota minərkən çəkdirdiyi son görüntülər sosial şəbəkədə yayımlanıb.
Həmin videonu təqdim edirik: