Səudiyyə Ərəbistanında aparılan anti-korrupsiya araşdırmaları zamanı daha bir şirkət rəhbəri həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılan biznesmen Əl-Qaidə terror təşkilatının lideri Usama Bin Ladenin qardaşı Bakr Bin Ladendir.
Məlumatlara görə, Bakr “Bin Laden Qrupu” inşaat şirkətinin prezidentidir. Şirkətin büdcəsi 30 milyard dollardır.
Bu şirkət Kəbənin genişləndirilməsi işlərini həyata keçirir.
Qeyd edək ki, araşdırmalar zamanı aralarında 11 şahzadənin də olduğu 37 nəfər saxlanılıb.