6 Noyabr 2017 21:40
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Türkiyədən edilən viza müraciətlərinin bir qisminə müsbət cavab verildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, vizala müddəti bitməyən Türkiyə vətəndaşlarının ABŞ-a əvvəlki qaydada səyahət edə biləcəkləri bildirilib.

ABŞ-a səfər etmək istəyən Türkiyə vətəndaşlarına tövsiyyə olunub ki, səyahət xərclərini həyata keçirmədən öncə vizaların təsdiq edilməsini gözləsinlər.

Qeyd edək ki, sabah Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək. Səfər zamanı amerikalı rəsmilərlə viza böhranı da müzakirə ediləcək.

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.

Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər