Nigeriyada azı altı nəfər “Boko Haram” radikal qruplaşmanın hücumunun qurbanı olub.
Report xəbər verir ki, hadisə ölkənin şimal-şərgində baş verib.
Məlumata görə, “Boko Haram” qruplaşmasına aid 200-ə yaxın silahlı şəxs ölkənin Borno ştatının paytaxtı Mayduquri şəhərindən 50 km şimal-qərbdə yerləşən Caddannam şəhərinə hücum edib.
Bildirilir ki, hücum edənlər şəhəri yandırıb, qida ehtiyatlarını və mal-qaranı məhv edib. Nəticədə yerli əhali ərzaqsız qalıb.
Yerli məmurlar hökuməti yardım göndərməyə və hücuma məruz qalmış rayonlarda patrul xidməti çəkən əməkdaşların sayını artırmağa çağırıb.