7 Noyabr 2017 09:43
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Korrupsiyaya qarşı Mübarizə Komitəsi araşdırmalarını davam etdirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Səudiyyənin baş prokuroru Şeyx Səud Moyeb deyib.

O bildirib ki, son günlər baş verən hadisələr hələ başlanğıcdır:
“Kraliyyət ailəsindən olan şəxslərin, nazirlərin və iş adamlarının həbsi araşdırmaların sonu demək deyil. Araşdırmalar davam edir. Ölkəni talayanlar cavab verəcəklər”.

Qeyd edək ki, komitənin apardığı araşdırmalar nəticəsində aralarında 11 şahzadənin və 4 nazirin də olduğu 38 nəfər həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər