7 Noyabr 2017 13:42
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasından 2018-ci ilin hərbi büdcəsinin xərclərini artırmağı xahiş edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb kimi Tramp Şimali Koreya və Əfqanıstandakı vəziyyəti göstərib.

O bildirib ki, Şimali Koreyadan gələn təhlükənin qarşısının alınması üçün görüləcək tədbirlərə 4 milyard dollar tələb olunur.

Bundan başqa, Tramp ABŞ-ın Əfqanıstandakı hərbçilərinin sayını daha 3500 nəfər artırmaqla bağlı niyyətini bildirib.


Müəllif: Samir