Səudiyyə Ərəbistanında həbs edilən, aralarında 11 şahzadənin də olduğu 38 nəfərlə bağlı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman yeni qərar verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, həbs edilən şəxslərin bütün bank hesabları dondurulub.
Qərar ancaq bank hesablarına aid edilib. Həmin şəxslərin müxtəlif şirkətlərdəki hesablarına toxunulmayıb.
Qeyd edək ki, həmin şəxslər korrupsiya ittihamı ilə həbs edilib.