Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazırdır.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, hazırda görüşün qrafiki razılaşdırılır.
İki dövlət başçısının görüşü noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində baş tutacaq.