30 İyul 2014 20:03
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində seksual azlıqların hüquqları uğrunda mübarizə aparan təşkilatlar homoseksualizmi müalicə edən klinikalara etiraz etməyə hazırlaşır.


Məlumata görə, onlar sabah homoseksuallara terapevt müalicə təklif edən klinikaya ittiham irəli sürəcəklər.

Avropa və Amerikada homoseksualizmin müalicəsinə qarşı uzunmüddətli kampaniya ona gətirib çıxardı ki, artıq tibb işçiləri arasında belə müalicənin zərəri haqda qəti fikir formalaşıb. İndi aktivistlər buna nail olmağa çalışırlar ki, Çin həkimləri də müalicənin zərər olduğunu qəbul eləsinlər.

Çində homoseksualizm 10 ildən çoxdur ki, psixi pozğunluq sayılmasa da, onu müalicə edən klinikalar hələ də var.

Belə klinikalardan birinin həkimi Çjou Çjenyunun sözlərinə görə, homoseksualizmin əsas səbəbkarı valideynlərin uşaqlarını düzgün tərbiyə etməməsidir.

O, uşaqlarının qeyri-ənənəvi oriyentasiyasına görə, narahat olan valideynlər üçün xüsusi kitab yazıb.

Onun sözlərinə görə pasiyentlərin 70 faizi sağalır, amma bu, uzun və ağır prosesdir.

Aktivistlər deyir ki, bir seans üçün 120 dollar orta statistik çinli üçün bahadır. Prosesin uzanmasına həkimlər maraqlıdır.

Homoseksualizmi müalicə metodlarından biri elektroşokdur: “Əgər pasiyent homoseksualizmə meyllidirsə, biz elektroşokdan istifadə, ya da inyeksiya edirik. Bu da onların ürəyini bulandırır”.

Çinin gey cəmiyyətləri buna etiraz olaraq Pekində keçirilən tibbi konfransda “Gey olmaq xəstəlik deyil!” şüarını səsləndiriblər.

Elektroşok keçirən Syai Çjen adlı homoseksual həkimləri məhkəməyə verib. O, şüurlu şəkildə müalicə kursu keçib ki, bu terapiyanın faydasızlığını göstərsin. O, məhkəmənin onun xeyrinə qərar verəcəyinə və geylərin müalicəsinə qadağa qoyulmasına ümid edir.

Şanxayda hər il gey-parad keçirilir. Bu parad çərçivəsində gey filmləri göstərilir, forumlar olur.

/ailem.az/


Müəllif:

Oxşar xəbərlər