Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkoya vaxt verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, dekabrın 3-dək Poroşenkonu Ukrayna xalqının tələblərinin yerinə yetirməyə çağırıb.
Saakaşvili əlavə edib ki, bu tarixədək tələblər yerinə yetirilməsə, Poroşenkoya qarşı “xalq impiçmenti”nə başlayacaq.
Mixail Saakaşvili tərəfdarları oktyabrın 17-dən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvi, anti-korrupsiya məhkəməsinin yaradılması və seçki qanununa dəyişiklik edilməsi kimi tələblər irəli sürürlər.