8 Noyabr 2017 20:15
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndən Səudiyyə Ərəbistanına atılan raket ər-Riyadın təcavüzkar siyasətinin nəticəsidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, ABŞ və İsraili dost, İranı düşmən elan etmək səudiyyəlilərin strateji səhvidir.

Ruhani Səudiyyə krallığına xəbərdarlıq da edib: “İranın gücü kifayət qədərdir və heç bir xarici qüvvə bizi qorxuda bilməz”.

Qeyd edək ki, husilərin atdığı raket nəticəsində Səudiyyə şahzadəsi Mansur ibn Mukrin və daha 8 yüksək vəzifəli məmur həlak olub. Ər-Riyad raketin İranın əmri ilə atıldığını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər