İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya regionunun birtərəfli şəkildə müstəqillik qərarını ləğv edib.
Teleqraf.com xəbər verir ki, məhkəmə Kataloniya regional parlamenti tərəfindən sentyabrda qəbul olunmuş qərarları ləğv edib.
Məhkəmə həmçinin Kataloniya parlamentinin spikeri və bir sıra deputatların barəsində araşdırma aparılmasına dair qərar qəbul edib.
Qeyd edək ki, bu il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında referendum keçirilib.