Fransalı deputat Le Pen İŞİD terror təşkilatının fotolarını sosial şəbəkələrdə paylaşdığı üçün toxunulmazlığı əlindən alınıb.
Teleqraf.com xəbər verir ki, Fransa Xalq Cəbhəsi Partiyasının lideri Le Pen 2015-ci ildə sosial şəbəkədəki hesabından İŞİD terror təşkilatının fotolarını paylaşıb.
Prokurorluq bu günlərdə məsələ ilə bağlı araşdırma aparıb və zorakılığı təbliğ etdiyi üçün Le Penlə bağlı təhqiqata başlayıb.
Fransa parlamenti də öz növbəsində ifrat sağçı Xalq Cəbhəsi Partiyasının liderinin toxunulmazlığının ləğvinə qərar verib.