9 Noyabr 2017 10:40
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı iki ölkə arasında imzalanacaq sazişlərin ümumi dəyəri açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Amerika hökuməti və şirkətlərinin çinli həmkarları ilə bağlayacağı sazişin dəyəri 280 milyard dollar olacaq.

Məlumatlara görə, səfərin ilk günündə tərəflər arasında 9 milyardlıq saziş imzalanıb.

Qeyd edilib ki, Trampın Çinə səfəri dünya tarixində biznes sahəsində ən yaxşı hazırlanmış proqramlardan biridir.


Müəllif: Samir

Oxşar xəbərlər