Ankarada İŞİD-lə bağlı əməliyyatlar keçirilib, barəsində həbs qərarı çıxarılan 245 nəfərdən 101-i həbs olunub.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Ankara Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi 1500 polisin iştirakı ilə əməliyyatlara start verib.
250 ünvanda həyata keçirilən axtarışlarda 101 nəfər həbs edilib.
Həmin ünvanlarda İŞİD-lə bağlı çoxlu sayda sənəd və CD-lər aşkar edib.