10 Noyabr 2017 08:18
5 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın masonlar 100 ildən artıqdır ki, fəaliyyət göstərir. Kişi masonlar kimi onların da toplantıları, ritualları, ayinləri mövcuddur. Lakin qadın masonlar haqqında hər zaman ehtiyatla danışılıb. Çünki onların foto və toplantıları kişi masonlarla müqayisədə nadir hallarda ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, BBC-nin məşhur jurnalisti Viktoriya Derbyşire bu gizli qadın mason lojasının toplantısından bəzi istisnalarla reportaj verməyə müyəssər olub.
Jurnalist müəyyən edib ki, ustad Zuzanka Penn Qadın Masonlar Lojasının ən yüksək rütbəsinə qalxa bilib. Yəni bu lojaya rəhbərlik edir. Qadın masonlar son 100 ildə xüsusi fəallığı ilə seçilirlər.

Dialazaza Nikela massonluqda ikinci səviyyəyə qalxmaq üçün bir toplantıya qatılıb.

“Masonluq nədir” deyə loja ustadı ikinci səviyyəyə qalxmaq istəyən loja üzvü Dialazaza Nikela sual edir.
İkinci səviyyəyə qalxmaq istəyən qadın bu suala “Masonluq simvolla təsvir edilən bir əxlaq sistemidir”, deyə cavab verir.

Qeyd edək ki. masonluqda birinci səviyyə üzvlüyə qəbul mərasimi hesab olunur. Bu mərasimdə masonluğa qəbul edilən şəxsin boynuna bir ip atılır. Yeni üzvün sağ qolunu və diz qapağını açması lazımdır. Bu hərəkətlərin hər birinin simvolik mənaları olsa da, bu mənaların nədən ibarət olduğu haqda mason qadınlar BBC-nin jurnlistinə məlumat verməkdən imtina ediblər.

Masonluqda üçüncü səviyyə “ölüm və dirçəlişidir”. Bu bir həyatın sonu, digər bir həyatın başlanğıcını təmsil edir. Lakin bunun hansı mənaya gəlməsini də sirr kimi saxlayıblar. Bununla belə sözügedən ritualların bu gizli toplumda necə işlədiyini müşahidə etmək üçün jurnalistin müşahidə etməsinə icazə verilib.

Dialazaza Nikela masonluğun özü üçün niyə əhəmiyyətli olması haqqında deyir ki, insanların çoxu qadın masonların varlığından xəbərsizdir.

Qeyd olunur ki, İngiltərədə kişi masonların ilk rəsmi toplantıları 300 il əvvəl başlayıb və hər yerdə onlar daha çox diqqəti çəkib. İngiltərədə kişi masonlar lojasının rəhbəri ustad Kent Dükü Prens Edvarddır.

Masonlar Lojası XX əsrin ilk ilində ikiyə bölünüb. Hazırda Qədim Masonlar Qardaşlığı və Qadın Masonlar Lojası adlı iki ayrı təşkilat mövcudur.

Qadın Masonlar Lojası əsasən ölkədə olan məbədlərdə toplantılar keçirir. Toplantı sırasında loja üzvləri ağ paltar geyinirlər və onların boyunlarında rütbələrini göstərən medallar olur. Toplantı otağın mərkəzindəki dəhlizdən keçməklə başlayır. Loja üzvləri bir-birinə təzim edərək salam verirlər. Ustad Zuzanka Penn taxta bənzəyən böyük bir kresloda əyləşir. Burada masonluq tarixinə sadiq qalaraq dua edilir və zaman-zaman qurupun dini bir qrup olduğu görüntüsü yaranır.

Lakin loja rəhbəri Penn bunun səhv olduğunu ifadə edib:

“Mason olmaq üçün üstün bir varlığa inanmaq vacibdir. Bu da hər hansı bir inanc ola bilər. Bəzi üzvlərimiz çox dindardır, bəziləri inandıqları dini o qədər də ön planda tutmur. Ancaq hər dindən və irqdən olan insan mason üzvü ola bilər”.

Müşahidələr göstərib ki, qadın masonların yaşları 50-dən az deyil. Bu səbəbdən də loja durumu dəyişmək istəyir. Bunun üçün də gənc üzvlər əldə etmək üçün universitet tələbələrini hədəfləyiblər. Üzv olmaq üçün gənc xanımlardan tələb olunan keyfiyyətlər müəmma olaraq qalır.

Eynək üzrə mütəxəssis Roşi Patel mason səviyyəsinə çatmaq üçün toplantıya daxil olub. Bu şəxs mason lojasına 7 il əvvəl qatılıb. Bu ritualı jurnalistin müşahidə etməsinə loja icazə verməyib, lakin jurnalist bir qədər geçikərək müəyyən edib ki, Patelə stulda oturmaq göstərişi verilib. Bu faktiki olaraq Roşi Patelin yeni səviyyəyə keçid etdiyini və artıq ustad olduğuna işarədir.

Masonların təşkilatlanmasının qarşısındakı ən böyük maneə gizliliyin pozulması və korrupsiya hallarının lojaya sirayət etməsidir. Bundan başqa, yüksək karyeraya çatmaqda üzvlərinə hər cür dəstək vermək də lojanın əsas işlərindən hesab olunur.

Ancaq ustad dərəcəsini alan Penn belə bir halın olmadığını deyib:

“40 ildir masonam, ancaq belə bir halla rastlaşmadım. Nə biri mənə kömək təklif etdi, nə də mən başqasının karyerada sürətlə itrəliləməsinə dəstəkçi oldum. Siz əlbəttə, kənarda masonlar haqqında belə rəvayətlər eşidə bilərsiniz, ancaq mən bu vəziyyətlə heç vaxt qarşılaşmadım”.

Masonların xüsusi əməl etməli dəyərlərdən biri də gizliliklərini sona qədər saxlaya bilmələridir.

1997-ci ildə İngiltərə daxili işlər naziri Jak Strav mason polislərdən və müstəntiqlərdən könüllü olaraq üzvlüklərini açıqlamağa çağırıb. Lakin sonradan masonların ona dava aça biləcəyini bildiyi üçün geri çəkilməli olub.

Qədim Masonluq Yüksək Qardaşlıq şəbəkəsinin ustadı Kristina Chapman isə deyir ki, bəzi polis üzvləri var, ancaq onlar sadəcə üzvlərdir və məxfililiklərini saxlamağa borcludur:
“Masonların gizliliyinin məqsədi maraq oyatmaq və cazibə yaratmaqdır. Bunun arxasında şeytani bir plan yoxdur. İnternet və filmlərdə göstərilənlərdən fərqli olaraq biz dünyanı ələ keçirməyi və ya hökumətləri devirməyə çalışmırıq. Gizliliyə əhəmiyyət veririk, çünkü masonluq hadisəsi elə gizliliyin özüdür”.

Masonluqda ən sevimli və özəl hərəkətlərdən biri də əl sıxmaqdır. Qadın masonlar üçün də bu keçərlidir.

Qadın masonların da gizli bir əl sıxmaq ritualının olduğunu etiraf edən Penn isə bu ayini göstərməyi rədd edir: “Bu bir sirrdir, onu öyrənmək üçün aramızda olmaq lazımdır”.

Məqalənin sonunda qeyd olunur ki, İngiltərədə 4700 qadın mason və 200 min kişi mason var. Masonların loja dedikləri qədim məbədlərdə rast gəlinir. Ehtimal olunur ki, onların məbədlərdə toplanması qədimdən masonların divar bənnaları olması, inşa etmək istədikləri kilsələrdə toplanması anlamını daşıyır.


Müəllif: Cavad

Oxşar xəbərlər