ATƏT-in Parlament Assambleyasının (PA) sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib .
Teleqraf.com xəbər verir ki, buna səbəb onun öz ölkəsində keçirilən parlament seçkilərində qalib gələ bilməməsi olub.
K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək.
G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib.