Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq, Türkiyə əleyhinə çıxmaları üçün geniş meydan verir. Berlin, Parisin küçələrində, Avstriyada bizə qarşı aksiyalar keçirirlər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.
Rəcəb Tayyip Ərdoğan bildirib ki, Avropa İttifaqı guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir: "Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar? Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”.