Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sanaya aviazərbələr endirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı bombalardan biri dinc sakinlərin yaşadığı bölgəyə düşüb. 7 yaşayış evi dağılıb, azı 4 nəfər həlak olub, 10 dinc sakin yaralanıb.
Hücuma səbəb kimi bir neçə gün öncə Yəməndəki husi qüvvələrin atdığı raket nəticəsində öldürülən Səudiyyə şahzadəsi Mansur ibn Murkinin qisası göstərilib.