11 Noyabr 2017 12:53
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ səfərini başa vurub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir Türkiyəyə yola düşməzdən əvvəl jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

Yıldırım ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşünün səmərəli keçdiyini bildirib: “Ölkələrimiz arasındakı məsələləri müzakirə etdik. Eyni zamanda, regional məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün səy göstərməyə qərar verdik”.

Daha sonra Yıldırım "CAN" adlı özəl təyyarəsi ilə Türkiyəyə yola düşüb.


Müəllif: Samir

Oxşar xəbərlər