Moskva yaxınlığında teleaparıcı Boris Notkinin cəsədi tapılıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, onun cəsədini həyat yoldaşı aşkar edib. Notkinin meyiti yaxınlığında silah da tapılıb. Teleaparıcı başından aldığı güllə yarasından keçinib.
Sovet dövründən teleaparıcı kimi məşhur olan Boris Notkin Rusiya Televiziya Akademiyasının üzvü, "TV Mərkəz"in rəhbərlərindən biri idi. O, "Boris Notkin dəvət edir" verilişini aparırdı.