Kolumbiya prezidenti Xuan Manuel Santos Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Teleqraf.com xəbər verir ki, prezident BƏƏ-dən Kolumbiyada vətəndaş müharibəsindən sonrakı mərhələ üçün 45 milyon ABŞ dolları ala bilib.
Santos BƏƏ səfərinin ilk günü Abu-Dabidə vəliəhd şahzadə Məhəmməd bin Ziyad əl-Nəhyanla görüşüb.
Səfər zamanı BƏƏ rəhbərliyi Kolumbiyada vətəndaş müharibəsindən sonrakı mərhələ və FARC silahlı qrupu ilə əldə ediləcək sülh razılaşmasından sonra bu ölkəyə 45 milyon dollar yardım edəcəyini bildirib.
Qeyd edək ki, bu günə qədər Kolumbiyaya ən çox maliyyə dəstəyi verən ölkə BƏƏ-dir.