12 Noyabr 2017 20:28
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə Məhəmməd Peyğəmbəri təhqir etdikləri üçün hindlilərin kəndi 20 min müsəlman tərəfindən yandırılıb.

Teleqraf.com xəbər verir ki, hər şey Feysbukdakı təhqiramiz statusla başlayib. Ölkənin Rangpur Sadar bölgəsindəki Takurbari kəndində yaşayan bir hindli sosial şəbəkədə Məhəmməd peyğəmbəri təhqir edib. Bundan sonra 20 min kişi etiraza qalxaraq kəndə hücum ediblər. Hücum zamanı bir nəfər ölüb, azı 20 sakin ağır yaralanıb.

Hamidul İslam adlı gənc aksiyanın qarşısını almaq istəyən polis tərəfindən güllələnərək öldürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər