13 Noyabr 2017 00:20
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki, Sloveniyanın mövcud qanunvericiliyinə əsasən, ikinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər