Türkiyə İraqda baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra bu ölkəyə yardım göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Baş naziri Binəli Yıldırım məlumat verib.
Onun sözlərinə görə, Türkiyə hər zaman qardaş xalqlara yardım etməyə hazırdır:
“Zəlzələ nəticəsində ölənlərin ailələri və yaxınlarına başsağlığı, yaralılara isə təcili şəfa diləyirəm. Yardımı yola saldıq. Ən qısa zamanda növbəti yardım karvanı yola düşəcək. İlk yardım paketinə tibbi ləvazimatlar və qida məhsulları daxil edilib”.
Qeyd edək ki, İraqda baş verən zəlzələ nəticəsində 6 nəfər həlak olub, 100 nəfər yaralanıb.
Zəlzələ İranda da böyük tələfata səbəb olub. Dağıntılar nəticəsində azı 211 nəfər həlak olub, 1600-dən çox insan xəsarət alıb.