ABŞ prezidenti Donald Tramp yeni səhiyyə nazirinin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp tvitterdə könüllü istefa vermiş Tom Praysın yerinə Aleks Azarı layiq görüb.
"Aleks Azarı səhiyyə naziri olaraq seçdiyimi açıqlamaqdan çox şadam. Daha yaxşı tibbi sığorta sistemi və ucuz dərman qiymətlərini təmin etməkdə ulduz olacaq", deyə Tramp qeyd edib.
Uzun müddət dərman sənayesinin qabaqcıl şirkətlərindən olmuş "Lilli USA"nın başqanı Azar Corc Buşun dönəmində səhiyyə nazirinin müavini işləyib.
Azarın səhiyyə naziri olması üçün Senat prezidentin təklifini dəstəkləməlidir.