13 Noyabr 2017 23:38
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu olan PYD Deyr-ez-Zor əyalətində İŞİD-ə qarşı sentyabrın 9-da başladığı hücumu davam etdirir.

Teleqraf.com xəbər verir ki, PYD vilayətdəki ikinci ən böyük neft yatağı olan Əl-Teneki işğal edib.

Neft yatağı Deyr-ez-Zor şəhərinin mərkəzindən 35 kilometr şərqdə yerləşir.

Xatırladaq ki, PYD ötən ay Deyr-ez-Zorda ölkənin ən zəngin neft yataqları olan Əl-Ömər və Cafranı ələ keçirib. Suriyanın ən böyük neft yataqları Deyr-ez-Zoru iki hissəyə bölən Fərat çayının şərqində yerləşir.

Ölkənin ən böyük qaz təsisi olan Konoko da sentyabr ayında terror təşkilatının nəzarətinə keçib.

Hazırda PYD Suriya ərazisinin dörddə birinə nəzarət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər