Oxşar xəbərlər
Vaşinqtonda Ağ evin qarşısında İsrailin Qəzzaya hücumu protest edilib.
Teleqraf.com xəbər verir ki, yüzlərlə adamın iştirak etdiyi aksiyada Qəzzada ölənlərin adları bir-bir oxunub. Bu vaxtı bəzi aksiyaçılar göz yaşlarını saxlaya bilməyib.
İştirakçılar Barak Obamadan İsrailə hərbi yardımın dayandırılmasını tələb ediblər.
Daha sonra qırmızıya boyanmış oyuncaq körpələrin olduğu rəmzi məzarlıq düzəldən etirazçılar məzarların üzərinə İsrailin baş naziri Benyamin Netanyahunun plakatını asıblar.
Təxminən 1,5 saat davam edən etiraz aksiyası olaysız başa çatıb.
Uğur