15 Noyabr 2017 00:08
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:44

ABŞ-da yenə də silahlı insident olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Tehama dairəsindəki ibtidai sinif məktəbinin həyətində baş verib.

Naməlum şəxs insanlara atəş açıb.

Nəticədə 3 nəfər ölüb.

Hadisə zamanı 4 nəfər də yaralanıb. Mәlumata әsasәn yaralılar arasında uşaqlar da var.

Atəş açan şəxs zərərsizləşdirilib.

***

ABŞ-da Kaliforniya ştatının Tehama dairəsindəki məktəbin həyətində baş verәn silahlı insident nәticәsindә ölәnlәrin sayı 5-ә çatıb.


Müəllif: Teleqraf.com